Ailəsi ilə mübahisədən sonra intihar etdi


13:03     29 İyun 2018 intihar3.jpg

Bakının Xətai rayonunda intihar faktı qeydə alınıb.

Femida.az-ın xəbərinə görə, hadisə Neapol küçəsi 19 ünvanında baş verib.

Məlumata görə, 1968-ci il təvəllüdlü Cabbarov Natiq Ağamirzə oğlu evdə ailə üzvləri ilə mübahisə edib. Daha sonra o, yaşadığı binanın 5-ci mərtəbəsində eyvana çıxaraq özünü yerə atıb. Ağır xəsarətlər alan N.Cabbarov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

Femida.az

Açar sözlər: #İntihar   #Bakı   #Ölüm   #Polis  

Oxunub: 577