Bəzi avtobuslar gecikəcək - XƏBƏRDARLIQ
13:00 29 İyun 2018
“BakuBus” MMC Bakıda bəzi marşrut avtobusların qrafikində qeydə alınan ləngimələrlə bağlı məlumat yayıb.
"BakuBus"un mətbuat katibi Qabil Babayevin verdiyi məlumata görə, paytaxtda 2, 6, 13 və 14 nömrəli marşrut xəttləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusların qrafik üzrə hərəkətində ləngimələr qeydə alınmaqdadır.
Onun sözlərinə görə, bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) təmir işlərinin aparılması ilə əlaqədardır.
“BakuBus” MMC yaranan müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir və mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edir", - deyə o bildirib.
Femida.az
Oxunub: 526
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb