Bu gün Milli Məclis sonuncu dəfə toplaşır - Gündəlikdə 39 məsələ var


13:07     29 İyun 2018 milli1.jpg

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.


Femida.az bildirir ki, iclasın gündəliyinə 4 yeni məsələ əlavə edilib.

Ümumilikdə gündəlikdə duran 39 məsələyə "Polis haqqında", "İnformasiya əldə etmək haqqında", "İcarə haqqında", "İcra məmurları haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Dövlət qulluğu haqqında", "Siyasi partiyalar haqqında", "Feldyeger rabitəsi haqqında", "Yol hərəkəti haqqında", "İcra haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Büdcə sistemi haqqında", "Notariat haqqında" və s. qanunlara, o cümlədən Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Cəzaların İcrası, Mülki, Vergi məcəllələrinə dəyişiklik layihələri daxildir.

"Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 853