Bakı metrosunda FACİƏ - 50 yaşlı kişi öldü


14:22     29 İyun 2018 trend_metro_train_080615_003.jpg

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.

Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun Femida.az-a verdiyi məlumata görə, metronun "20 Yanvar" stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib.

"Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım göstərilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Nazim Qasımovun ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib", - deyə B.Məmmədov vurğulayıb.

Femida.az

Açar sözlər: #Metro   #Faciə   #ölüm  

Oxunub: 2098