Ər keçmiş arvadını məhkəmə zalında qətlə yetirdi - Alimentin artırılmasını istəyirdi
17:05 29 İyun 2018
Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.
Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.
Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.
Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.
Qadın ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 2876
Oxşar xəbərlər
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevir sakinləri narkotikin təsiri altında mağazalardan oğurluq edib
- Mingəçevirdə keçmiş məhkumun kirayədə yaşadığı evdən qumbara və heroin aşkarlanıb
- "Azərişığ"ın sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var