Şəkidə şok hadisə — Ərəb turist hovuzu murdarladı

Şəkidə şok hadisə — Ərəb turist hovuzu murdarladı

13:17     29 İyun 2018 18_06_29_1530263907.jpg

Şəkidə yerləşən Marxal Resort & SPA mərkəzində ərəb turist hovuza nəcis edib.

Femida.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu səbəbdən o, 500 manat cərimələnib.

Daha sonra Bakıya gələn turist Səudiyyə Ərəbistanın ölkəmizdəki səfirliyinə şikayət edib.

Otelin satış üzrə mütəxəssisi Günel Balayeva hadisəni təsdiqləyib. Bildirib ki, ərəb turistlər əvvəlcə cəriməni ödəmək istəməsə də, sonradan məsələ öz həllini tapıb:

"Həqiqətən də belə bir hadisə olub. Turistlər otelimizdən çıxarkən onlara hovuzu çirkləndirdiyi üçün 500 manat cərimələndikləri bildirilib. Ərəb qonaqlarımız əvvəlcə buna etiraz etsə də, daha sonra cəriməni ödəyərək otelimizdən ayrılıb. Səfirliyə şikayət etdiyini bilmirdik, bizə bu haqda məlumat daxil olmayıb”.

Qeyd edək ki, ölkəmizdə ərəb turistlərlə bağlı sözügedən hadisə ilk dəfə baş vermir. Regionlarda fəaliyyət göstərən digər istirahət mərkəzlərində də analoji olay yaşanıb.

Açar sözlər: #ərəb_turist   #biabırçılıq  

Oxunub: 5022