SON DƏQİQƏ: Bakıda maşınlar yanır + Fotolar


19:02     29 İyun 2018 2018/06/yangin-masin36_1530270884.jpg

Bakıda güclü yanğın başlayıb.


Femida.az-a hadisə şahidlərinin verdiyi xəbərə görə, Nizami rayonunda yerləşən cərimə meydançası yanır.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.Yanğın güclü olduğundan hətta Koroğlu metrosu yaxınlığından da aydın görünür.İlkin məlumata görə, yanğın yaxınlıqdakı quru ot sahəsindən başlayıb və ətrafa yayılıb.İlkin məlumata görə, azı 50 avtomobil yanaraq külə dönüb.

***
Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib.












Miri Məcidli
Fotolar: Elvin Hüseynov
Femida.az

Açar sözlər: #kriminal   #Yanğın   #Maşın   #FHN  

Oxunub: 5653