Xarici siyasətimiz haqda yeni kitab


22:47     30 Sentyabr 2015 zaur%20adigozelov.jpg


Azərbaycanın xarici siyasətindən bəhs edən yeni kitab nəşr olunub. Tarix üzrə fəlsəfə doktoru Zaur Adıgözəlovun müəllifi olduğu “Azərbaycan Respublikasının Avropa İttifaqı ölkələri ilə siyasi əlaqələri (1991-2006)” adlı kitab Azərbaycanın Avropa ölkələrilə 1991-2006-cı illərdə siyasi əlaqələrinin qurulması və inkişafı məsələlərinə həsr edilib.

Əsərdə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin apardıqları uğurlu və məqsədyönlü diplomatiyanın tərkib hissəsi kimi Avropa ölkələri ilə münasibətlərin siyasi müstəvidə qurulması prosesi müxtəlif mənbə və ədəbiyyatlara istinad olunaraq təhlil edilib.

Kitab diplomatlar, siyasətçilər, ali məktəblərin beynəlxalq münasibət¬lər, tarix ixtisasları üzrə təhsil alan tələbələri, tədqiqatçılar daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 628