Lukaşenko Azərbaycan Prezidentini təbrik edib
23:15 29 İyun 2018
Belarus Prezidenti Aleksandr Lukaşenkodan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Femida.az bildirir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri dayanıqlı strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb. Hər iki dövlət çoxtərəfli sahələrdə məhsuldar qarşılıqlı fəaliyyət göstərir, mühüm beynəlxalq problemlərdə həmrəy mövqe tutur.
Birgə səylərlə əməkdaşlığın möhkəm iqtisadi bünövrəsi qoyulub, sənaye sahəsində bir sıra layihələr həyata keçirilir.
Əminəm ki, ölkələrimiz arasında təməlində ənənəvi etimad duran münasibətlər bundan sonra da Belarus və Azərbaycan xalqlarının mənafeyi naminə dinamik inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, daimi uğurlar, dost Azərbaycanın vətəndaşlarına isə sülh və rifah arzulayıram".
Femida.az
Oxunub: 418
Oxşar xəbərlər
- Lukaşenko Ukrayna istiqamətində Silahlı Qüvvələrin operativ komandanlığının yaradılmasını əmr edib
- Lukaşenko sabah Moskvada Putinlə görüşəcək
- Lukaşenko və Tokayev arasında telefon danışığı olub
- Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı tapşırdı
- Lukaşenkonu və uşaqlarını öldürmək PLANI: restoranda “müxalif generallarla” GİZLİ GÖRÜŞ - TƏFƏRRÜAT
- Lukaşenko Azərbaycana gəlir
- Lukaşenko İlham Əliyevi təbrik edib
- Lukaşenko İlham Əliyevə zəng edib
- Lukaşenkonun andiçmə mərasimi keçirilib
- Lukaşenko Prezident İlham Əliyevi təbrik edib