Büdcədə dəyişiklik - 3 milyard artırıldı


23:22     30 Sentyabr 2015 1aa4d23a314fa8a8c3072d887bffce7egb.jpg

2015-ci ilin dövlət büdcəsində daxili borclanmanın həcminin artırılması təklif olunur.


AzVision.az xəbər verir ki, bununla bağlı təklif qanunvericilik təşəbbüsü subyekti olan ölkə prezidenti tərəfindən Milli Məclisə daxil olub. Bu haqda məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, büdcədə nəzərdə tutulan daxili borclanmanın həcminin 1,5 milyard manatdan 4,5 milyard manata qaldırılması təklif edilib:

“Bizdə daxili borclanma həddi 1,5 milyard nəzərdə tutulmuşdu. İndi isə onun üzərinə daha 3 milyard artırılması təklif olunub. Xarici borclanma isə olduğu kimi qalır”.

Qanun layihəsinə dəyişiklik qəbul edilib.

Açar sözlər:

Oxunub: 1346