ABŞ-da qadın edam edilib

ABŞ-da qadın edam edilib


23:43     30 Sentyabr 2015 siaphoto_502456.jpg

ABŞ-ın Corciya ştatının hökuməti son 70 ildə ilk dəfə olaraq qadını - Kelli Rene Gissendeyneri edam edib. TASS informasiya agentliyi xəbər verir ki, hökm sentyabrın 29-da Cekson şəhərindəki həbsxanada öldürücü inyeksiya vasitəsi ilə icra olunub.


Kelli Gissendeyner 1997-ci ildə məşuqu ilə əlbir olaraq ərini öldürməkdə təqsirli bilinib və məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib. Qadının vəkilləri tərəfindən cəzanın dəyişdirilməsi ilə bağlı təqdim edilən bütün vəsadətlər rədd olunub. Analarının əfv edilməsi barədə uşaqlarının xahişləri də təmin olunmayıb.

Xatırladaq ki, ABŞ-ın 31 ştatında ölüm cəzası hələ də icra edilir. Bu ilin aprel ayına olan məlumata görə, Birləşmiş Ştatlarda 3002 nəfər edam cəzasını gözləyir. Ölkədə ölüm hökmünün icrasının yenidən tətbiq olunduğu 1976-cı ildən 2015-ci ilin sentyabrınadək 1414 nəfər edam edilib.

Açar sözlər:

Oxunub: 792