Şəkidə dəhşət - Kişinin sinəsini deşib, başını kəsdilər
14:22 30 İyun 2018
Şəkidə 48 yaşlı kişi mübahisə zəmnin həmkəndlisi tərəfindən bıçaqlanıb.
Femida.az-ın APA-ya istinadən məlumatına görə, bu gecə saat 3 radələrində rayonun Baltalı kənd sakini, 1970-ci il təvəllüdlü Xəlil Bəhram oğlu Xəlilov bıçaqlanma xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Ona döş qəfəsinin kəsilmiş-deşilmiş, başın kəsilmiş və üst dodağın partlaması xəsarətləri dioqnozu qoyulub.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirlib ki, hadisə Xəlil Xəlilovun yaşadığı kəndə təşkil edilmiş qonaqlıqda baş verib. Xəlil Xəlilovla həmkədlisi Nazim Aslan oğlu Afrizanov arasında şəxsi münasibətlər zəmnində mübahisə düşüb. Mübahizə zamanı Nazim Afrizanov əlində olan bıçaqla Xəlil Xəlilova xəsarət yetirib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Nazim Afrizanov saxlanılıb.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır./APA/
Oxunub: 3422
Oxşar xəbərlər
- Abşeronda qətl törədən kriminal avtoritetə 18 il həbs cəzası verilib
- Ötən il Azərbaycanda 268 kriminal qrup zərərsizləşdirilib
- Bakıda qətl törədən kriminal avtoritetin məhkəməsində şahid dindirilib
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin atası dindirilib
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb
- İrəvanda kriminal avtoritetin qətlinə görə 5 nəfər saxlanılıb
- Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib
- Ötən günün kriminal xronikası
- Ötən 24 saatın kriminal xronikası