Ollanddan cəbhədəki vəziyyətlə bağlı açıqlama

Ollanddan cəbhədəki vəziyyətlə bağlı açıqlama


23:52     30 Sentyabr 2015 203544_444809.jpg

Fransa Ermənistan-Azərbaycan sərhədində insidentin olmaması üçün bütün maraqlı tərəfləri regionda vəziyyəti izləməyə çağırıb.


Femida.az Yelisey sarayının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

Məlumata əsasən Fransua Olland Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı sualı cavablandırarkən bildirib ki, Paris bu məsələdə məsuliyyəti olduğunu hiss edir. Çünki Fransa müharibə və ondan sonrakı xeyli insanın ölümü ilə nəticələnən bu münaqişənin həlli ilə məşğul olan strukturun həmsədridir:

“Ona görə də biz Ermənistan-Azərbaycan sərhədində daha heç bir insidentin olmaması üçün bütün maraqlı tərəfləri regionda vəziyyəti izləməyə çağırırıq. Biz vasitəçiliyimizi davam etdirmək üçün səylər göstəririk. Siz bilirsiniz, bu yaxınlarda eyni şeyi söyləmək üçün mən Ermənistanda, həmçinin Azərbaycanda səfərdə oldum və tərəflərə bu münaqişənin davamlı həllinin tapılmasına dair çağırış etdim”.

Açar sözlər:

Oxunub: 729


Oxşar xəbərlər