PKK məktəbə bomba yerləşdirdi


00:05     01 Oktyabr 2015 1443615289.jpg

Türkiyənin Diyarbəkir vilayətinin Yenişehir rayonunda yerləşən məktəblərin birində partlayıcı qurğu aşkar edilib.


Araşdırmalardan sonra qurğunun PKK terrorçuları tərəfindən yerləşdirildiyi məlum olub. Məktəbdə partlayıcı olduğunu öyrənən bəzi valideynlər təşvişə düşüblər.

Daha sonra bütün şagirdlər təxliyə edilib. Ardınca bomba mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Polis dərhal həmin PKK terrorçularının tutulması istiqamətində əməliyyatlara başlayıb. Ətrafdakı təhlükəsizlik kameralarının lent yazısı araşdırılır.

Açar sözlər:

Oxunub: 871