Azərbaycan polisinin 100 illiyi qeyd olundu - FOTOLAR


17:14     30 İyun 2018 2018/06/36478594_10209489121343475_5752563305159852032_n_1530350255.jpg



Azərbaycan polisinin 100 illiyi və 2 İyul Polis Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Jurnalistika və İnkişaf Mərkəzi İctima Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Daxili İşlər Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər DYP-nin məsul əməkdaşları, millət vəkilləri, QHT rəhbərləri iştirak ediblər.

Femida.az xəbər verir ki, deputat Flora Qasımova, Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov və digər qonaqlar çıxış edib.




Tədbir zamanı Azərbaycan polisinin xalqın keşiyində dayandığı, gecə gündüz demədən şərəflə xidmət apardığı vurğulanıb. Qeyd edilib ki, DİN əməkdaşları hər zaman xalqın ən çətin anlarında xidmət göstərib, Qarabağ döyüşlərində qəhrəmancasına vuruşublar.

Daha sonra xidmətdə fərqlənən, eləcə də beynəlxalq yarışlarda uğur qazanan idmançı polis əməkdaşlarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbirə Azərbaycan polisi üçün yazılmış himn və mahnılarla yekun vurulub.






Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 1339