İnam Kərimov yeni baş direktor təyin etdi


19:11     30 İyun 2018 inam79.jpg

Vüqar Babayev Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru təyin olunub.

Bu barədə Femida.az-a nazirlikdən məlumat verilib.

V.Babayev bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın direktoru işləyib.

Qeyd edək ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi-tədqiqat institutları tərəfindən 2015-ci ildən 23 proqram üzrə tədqiqat işlərinin reallaşdırılmasında 96 tematik plan təsdiq edilib.


Qeyd olunub ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Femida.az

Açar sözlər:

Oxunub: 607