Tramp onların maaşını artırdı


20:48     30 İyun 2018 tramp%20(1).jpg

ABŞ Prezidenti Donald Tramp prezident aparatının bir neçə aparıcı əməkdaşının əməkhaqqını artırıb.


Femida.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumat Ağ evin Konqresin müzakirəsinə təqdim etdiyi illik hesabatında yer alıb.

Ağ ev tərəfindən dərc olunan sənədə əsasən, Amerika liderinin müşavirlərinin ən yüksək maaş səviyyəsi ildə 179,7 min dollardır. Hazırda Ağ ev aparatının 23 əməkdaşı bu məbləğdə əməkhaqqı alır. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton da onların arasındadır. Lakin o, özəl sektordan dövlət qulluğuna qayıtdığı üçün gəlirlərinin bir hissəsindən məhrum olub.

ABŞ administrasiyası rəhbərinin icra aparatında ümumilikdə 374 nəfər çalışır. Bu, 2017-ci illə müqayisədə 3 nəfər, Barak Obamanın 2016-cı ildəki aparatı ilə müqayisədə isə demək olar ki, 100 nəfər azdır. Buna baxmayaraq, 2017-ci illə müqayisədə maaşların yuxarı tavanı dəyişməyib.

Əməkhaqqı artırılan əməkdaşların sırasında, prezident yanında ticarət üzrə milli şuranın rəhbəri Piter Navarro, Ağ evin mətbuat katibi Sara Sanders və onun birinci müavini Rac Şah, ABŞ-ın birinci xanımının rəsmi nümayəndəsi Stefani Qrişem də var. İndi Navarro və Sanders də Bolton qədər – hər biri ildə 179,7 min dollar (əvvəl 165 min dollar), Şah 165 min dollar (əvvəl 155 min dollar), Qrişem isə 155 min dollar (əvvəl 115 min dollar) maaş alır.

ABŞ Prezidentinin ətrafında ən yüksək əməkhaqqı alan şəxslər sırasında Ağ ev əməkdaşları aparatının rəisi Con Kelli, Trampın baş müşaviri Kellienn Konuey, hüquq məsləhətçisi Donald Makqan, Milli İqtisadi Şuranın rəhbəri Lourens Kadlou və başqalarının adlarını çəkmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 395