Düşmənin bel sütununu sındırdıq -General danışdı


18:25     30 İyun 2018 18_06_30_1530354891.jpg

“Azərbaycan Ordusu iyunun 26-da keçirilən hərbi paradda öz gücünü dünyaya nümayiş etdirdi”.



Femida.az -ın məlumatına görə, bunu bu gün jurnalistlərlə görüşündə Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərəm Vəliyev bildirib. Nazir müavini qeyd edib ki, ölkə başçısı tərəfindən Azərbaycan Ordusunda aparılan islahatlar artıq öz müsbət təsirini göstərir:

“Bu gün bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Düşmən ordumuzun gücünü hiss edir və böyük təlaş içərisindədir. Aprel döyüşlərində biz ermənilərə gözləmədikləri zərbəni vurduq və düşmənin bel sütununu sındırdıq. Ermənistan rəhbərliyi əvvəlcə məğlubiyyətlərini etiraf etmək istəmirdilər. Lakin sonra Ermənistanda baş verən hadisələr göstərdi ki, işğalçı rejim məhz aprel döyüşlərindən sonra sarsıldı. Əgər Ermənistan aprel döyüşlərində məğlub olmamışdısa, onların hərbi rəhbərliyi niyə dəyişdi? Ermənistanın müdafiə nazirinin keçmiş müavini Qriqoryanın həbs edilməsi və ortaya çıxan faktlar düşmən ordusundakı xaosu hamıya nümayiş etdirdi”.

Femida.az

Açar sözlər:

Oxunub: 798