Xırdalanda infarktdan öldüyü deyilən şəxs qətlə yetirilibmiş


18:55     30 İyun 2018 bicaqqetll.png

Xırdalan şəhər sakini P.Həbibovun qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülməsi nəticəsində ölməsi müəyyən edilib.



Femida.az DİN-ə istinadən xəbər verir ki, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış araşdırmalarla onun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb.

Açar sözlər:

Oxunub: 547