Cocuq Mərcanlıda beynəlxalq konsfrans keçirilir


17:14     01 İyul 2018 18_07_01_1530436522.jpg

Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.


Femida.az xəbər verir ki, nümayəndə heyəti Azərbaycan deputatları ilə birlikdə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edir.

Səfərdə məqsəd rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə Bakı və “Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransın keçirilməsidir.

Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur.

Açar sözlər:

Oxunub: 502