Şabranda meşə yanğını - FHN hadisə yerində
19:45 01 İyul 2018
İyulun 1-də saat 14:00 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin yol kənarındakı meşə sahəsinə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Femida.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və FHN-in Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.
Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.
ETSN təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısı alınmaz yanğınlar törənir. Nazirlik belə halların baş verməməsi üçün vətəndaşları havaların isti keçməsi ilə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır.
Femida.az
Oxunub: 688
Oxşar xəbərlər
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- Meşə zolağında narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanılıb
- Antalyada meşə yanğını başlayıb
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
- Meşə ərazilərində aşkarlanan qanunsuz ocaqxanaların sayı açıqlanıb
- Qəbələdə meşədə yanğın başlayıb
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb
- Oğuzda meşə ərazisində yanğın olub