“5 rayonun qaytarılması barədə razılığa gəlinmişdi” - Qarabağa gələn rus politoloq


20:25     01 İyul 2018 18_07_01_1530448016.jpg

"Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir".


Femida.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin Cocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda bildirib.

A. Duqin deyib ki, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR" heç vaxt legitim hesab oluna bilməz: "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə roludur".

Femida.az

Açar sözlər: #Qarabağ   #Rusiya   #Ermənistan   #Duqin  

Oxunub: 3121