Avstriya Avropa İttifaqı Şurasının sədri olub


23:17     01 İyul 2018 2018/07/7E073A91-5593-475D-A77C-8F2F2E6255D0_1530458402.jpeg

Bu gündən Avropa İttifaqı (Aİ) Şurasında sədrlik rotasiya qaydasında Bolqarıstandan Avstriyaya keçib.

Femida.az-ın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Avstriya Aİ Şurasına 6 ay sədrlik edəcək.

Avstriya baş naziri Sebastyan Kurts Aİ Şurasına sədrlikdən Avropa daxilində gərginliyi azaltmaq və Aİ-nin gücünü artırmaqdır. Qarşıdakı yarım ildə Aİ-nin miqrasiya siyasəti, Aİ-nin büdcəsi və Balkan dövlətləri ilə münasibətlər əsas məsələlər olacaq. S. Kurts qaçqınlara münasibətdə sərt kursun yürüdülməsi tərəfdarı kimi çıxış edir, Avropaya üz tutan miqrantların sayını azaltmaq niyyətindədir. Avstriya baş naziri hesab edir ki, Aİ-nin qaçqınları müxtəlif Avropa ölkələri arasında bölünməsi ilə bağlı qərarı miqrasiya siyasətinin əsasında durmamalıdır. Bu siyasət bir sıra Şərqi Avropa ölkələri, xüsusən Polşa və Macarıstanda narazılıq doğurur. S. Kurts miqrasiyanın tənzimlənməsində Şimali Afrika ölkələri ilə sıx əməkdaşlıq edilməsini, sərhədlərin etibarlı qorunmasını vacib sayır.

Gələn il yanvarın 1-dən Aİ Şurasında sədrlik Avstriyadan Rumıniyaya keçəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 441