Meksikada prezident seçkilərinin lideri bəlli oldu


13:24     02 İyul 2018 2018/07/1513363622_1530509185.jpg

Meksikada prezident seçkilərində solçu qüvvələrin namizədi Andres Manuel Obrador liderliyi ələ keçirib.


Femida.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, seçici səslərinin hesablanmasının ilkin nəticələri açıqlanıb.

Meksika MSK-nın lkin rəsmi məlumatına görə, "Birlikdə tarixi yazaq" koalisiyası tərəfindən irəli sürülən Andres Manuel Obrador 43,9 faiz səs toplayıb.

"Meksika naminə Vətəndaş Cəbhəsi" koalisiyasından irəli sürülən Rikardo Anaya seçicilərin 30 faizinin etimadını qazanıb.

Hakim "İnstitusion-İnqilabi Partiya"nın da təmsil olunduğu "Hamı Meksika uğrunda" koalisiyasından irəli sürülən Xose Antonio Mid 18 faiz səs toplaya bilib.

Seçicilərin cəmi 5 faizi müstəqil namizəd Hayme Rodriqes Kalderona səs verib.

Femida.az

Açar sözlər:

Oxunub: 358