Ziya Məmmədovun villası yanır? - Nazirlikdən açıqlama


14:36     02 İyul 2018 ziya_mamadov_11042015.jpg

Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində yerləşən villaların yaxınlığındakı ərazidə mülk yox, obyektdə yanğın hadisəsi qeydə alınıb.


Bu barədə Femida.az-a FHN Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, səhər saatlarında həmin ərazidə yanğınla bağlı zəng daxil olub:

"Səhər saatlarında paytaxtın sözügedən ərazisində yerləşən obyektlərdən birində yanğın baş verib. Artıq yanğın söndürülüb. Hadisə nəticəsində zərərçəkən olmayıb. İlkin ehtimala görə, yanğına elketrik naqillərində yaranan qısaqapanma səbəb olub".

Qeyd edək ki, bu gün Teymur Əliyev küçəsində yerləşən və Ziya Məmmədova məxsus olduğu bildirilən villalardan birində yanğın olduğu barədə məlumat yayılıb.

Femida.az

Açar sözlər: Ziya-Məmmədov   Yanğın   FHN  

Oxunub: 2696


Oxşar xəbərlər