Əlillərin pensiyaları artırılacaq


02:49     01 Oktyabr 2015 d431fda54c9f67d016e4e1b0ff19e972.jpg


İşləyən əlilliyə görə əmək pensiyaçılarına pensiyaların baza hissəsi ilə yanaşı, sığorta hissəsinin də ödənilməsi islahat tədbirləri çərçivəsində nəzərdən keçirilir. Femida.az xəbər verir ki, bu barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mövcud qaydalara əsasən, işləyən əlilliyə görə əmək pensiyaçılarına yalnız pensiyanın baza hissəsinin ödənildiyini diqqətə çatdırıb.

Fond sədri bildirib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində davamlı tədbirlərin mühüm komponenti kimi qeyd edilən məhdudiyyətin aradan qaldırılması və həmin şəxslərə pensiyanın tam məbləğdə ödənilməsi nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 977