Jirinovski Qorbaçovu məhkəməyə verdi

Jirinovski Qorbaçovu məhkəməyə verdi


03:13     01 Oktyabr 2015 150528203405_perestroika_gorbi_russia_624x351_getty.jpg


Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçova qarşı məhkəmə iddiası qaldırıb.

Femida.az BBC-yə istinadən xəbər verir ki, Moskvanın Timiryazev rayon məhkəməsinin saytında iddianın şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsilə bağlı olduğu deyilir.

Hərçənd ki, məhkəmə haqqında rəsmi məlumatda əlavə təfərrüatlar açıqlanmır. “Moskovski Komsomolets” qəzetinə əsasən LDPR liderini narazı salan Qorbaçovun "Kremldən sonra" kitabında Jirinovski barədə deyilənlər olub.

LDPR lideri sabiq SSRİ prezidentindən 1 milyon rubl (təqribən 16 min AZN) təzminat tələb edir. "Kremldən sonra" kitabı 2014-cü ildə nəşr edilib.

Kitabda müəllif son 20 il ərzində Rusiya və dünyada baş verən hadisələri təhlil edir. Əsərin bir neçə yerində LDPR lideri barədə bəhs olunur.

Açar sözlər:

Oxunub: 685