18 yaşlı gənc 16 yaşlı oğlanı bıçaqladı - Bakıda QƏTL


16:33     02 İyul 2018 18_07_02_1530520403.jpg


Bakıda 18 yaşlı gənc 16 yaşlı oğlanı qətlə yetirib.

Femida.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Musa Babayev bıçaqlanaraq qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən 2000-ci il təvəllüdlü Ağaramazan İsmayılov saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #qətl   #cinayət   #hadisə  

Oxunub: 696