Bakı-Moskva aviareysi ləngiyir


18:41     02 İyul 2018 2018/07/414864087_1530528230.jpg

Bu gün saat 10:00-da həyata keçirməli olan 852 saylı Bakı-Moskva aviareysi 8 saat gecikmə ilə yerinə yetiriləcək.

Femida.az-ın məlumatına görə, texniki səbəblər ilə əlaqədar olaraq qeyd edilən reysin uçuşu 18:00-a qədər yubanır.

Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 681