Vahid kartın sisteminin tətbiqinə başlanır


19:11     12 May 2015 femida%20metro.jpg

“Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiqinə I Avropa Oyunlarından sonra başlanılacaq”.

Femida.az xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. O bildirib ki, vətəndaşlara veriləcək kartlar, onların doldurulması kimi məsələlər də həll olunub:

“Bakı Metropolitenində vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb. Avtomobil nəqliyyatında isə bu prosesə I Avropa Oyunlarından sonra mərhələli şəkildə başlanılacaq".

Nazir müavini vurğulayıb ki, Bakı metrosunda artıq vahid kart sisteminin tətbiqi ilə bağlı işlər yekunlaşıb. Musa Pənahov vahid kart sisteminə keçidin hansı formada həyata keçiriləcəyinə də aydınlıq gətirib:

"Vətəndaşlarda olan əvvəlki kartlardan istifadə etmək mümkün olacaq. Ancaq sonradan kart sisteminə keçid prosesi tam yekunlaşandıqda bu kartlar dəyişdiriləcək. Təbii ki, bu proses vətəndaşların istəyi ilə mümkün olacaq”.

Nazir müavini deyib ki, köhnə kartlara sahib olan vətəndaşlar istədiyi vaxt kartı yenisi ilə əvəz edə bilər.

Açar sözlər:

Oxunub: 710