Qətldə ittiham olunan azərbaycanlı Xarkovda tutuldu


22:27     02 İyul 2018 hebs.jpg

Xarkov aeroportunda polis qətldə ittiham olunaraq, beynəlxalq axtarışa verilən şəxsi saxlayıb.


Femida.az xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Antaliyadan Xarkova uçan təyyarəyə baxış zamanı sərnişinlərdən biri sərhədçilərdə şübhə doğurub. Araşdırmalar zamanı həmin şəxsin qətldə və qarətdə şübhəli bilinən 37 yaşlı azərbaycanlı olduğu aydınlaşıb. O, Xarkov polisi tərəfindən İnterpolun Ukrayna bürosuna təhvil verilib.

Bir müddət öncə, yayılan məlumatlarda Xarkovdakı mənzillərdən birində üç qadın cəsədinin aşkar edildiyi bildirilmişdi.

Açar sözlər:

Oxunub: 432