Astara sakini dənizdə batdı


02:29     03 İyul 2018 balik_tutmak_icin_girdigi_suda_boguldu_h123249.jpg

Axşam saatlarında Astara şəhəri ərazisində dənizdə boğulma hadisəsi baş verib.

Nizami küçəsi, ev 168-də yaşayan Abbasov Xəzər Abbasqulu oğlu sahildə yerləşən istirahət mərkəzinin yaxınlığında dənizdə çimərkən suda batıb.

Yaxınlıqda olan dostu ona yardım edə bilməsə də, hadisə barədə ətrafdakılara məlumat verib. Axtarışlara Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xilasediciləri qoşulub. X.Abbasovun cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yaxınlarının bildirdiyinə görə, dünən mərhumun bir övladı dünyaya gəlibmiş. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır./Report

Femida.az

Açar sözlər:

Oxunub: 1029