Bəzi yollarda təmir işləri aparılır


15:29     03 İyul 2018 kuce%20renglenme.jpg

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Vaz dairəsindən Xırdalan dairəsinə kimi, həmçinin Ziya Bünyadov prospekti, Koroğlu dairəsindən 20 Yanvar istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.


Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilib ki, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək. Bundan başqa, Bakı-Quba avtomobil yolunun 45-52 kilometrliyində (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri də aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 372