Gömrük-keçid məntəqələrində sıxlıq yaranıb


15:47     03 İyul 2018 gomruk_tovuz_1.jpg

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş hadisə ilə bağlı Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problem yaranıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, artıq həmin problem aradan qaldırılıb.

"Həmin problemin aradan qaldırılması müddəti ərzində sərhəd-keçid məntəqələrində nisbi sıxlıq yaranıb. Artıq Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində yaranan problem aradan qaldırılıb. Sərhəd-keçid məntəqələrində nisbi sıxlığı aradan qaldırmaq üçün hazırda əlavə qüvvələr cəlb olunub", - deyə məlumatda qeyd edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 387


Oxşar xəbərlər