Gömrükdə saxlanılan məişət texnikaları hərbi hissəyə verilib


15:58     03 İyul 2018 2018/07/gomru-1530600520_1530604809.jpg

Naxçıvanda gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.


Femida.az-ın məlumatına görə, ayrı-ayrı vətəndaşlar tərəfindən müvafiq müşayiət sənədləri olmadan gətirilən və ya daxili bazarın qorunması məqsədilə saxlanılan, həmçinin müvəqqəti saxlanc müddəti bitən mallar vaxtaşırı olaraq bir sıra qapalı müəssisələrə, o cümlədən hərbi hissələrə təhvil verilir.

Tədbirlərin davamı olaraq gömrük sərhəd buraxılış məntəqələrində saxlanılmış 4 ədəd paltaryuyan, 3 ədəd qabyuyan maşın, 3 ədəd televizor, 3 ədəd tikiş maşını, 2 ədəd qaz sobası, 1 ədəd stolüstü qaz plitəsi, 1 ədəd mikrodalğalı soba və 2485 kiloqram alçı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aktlaşdırılaraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsinə təhvil verilib.

Mayor Natiq Mikayılov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib, ordumuzun təchizatının ən yüksək səviyyədə olduğunu, bu cür tədbirlərin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 452