İsmayıllıda DƏHŞƏT - 3 uşaq anası qətlə yetirildi


16:05     03 İyul 2018 gullelenme5.jpg

İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib.
Hadisə ötən gecə rayonun Kürdmaşı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı odlu silahdan açılan atəş nəticəsində ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Üç uşaq anası Ceyhunə Səfərovanın həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir.



Məlumata görə, C.Səfərova bir neçə il əvvəl Ağdaş rayonundan İsmayıllıya gəlin gəlib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1540