Allahşükür Paşazadə Vyanaya səfər edəcək


16:20     03 İyul 2018 allahsukur.jpg

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.



QMİ-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, səfərdə məqsəd iyulun 5-də Vyanada keçiriləcək KAİCİİD Dialoq mərkəzinin Direktorlar Şurasının növbəti 18-ci sessiyasında iştirak etməkdir.

Dünyanın nüfuzlu beynəlxalq hökümətlərarası təşkilatı olan KAİSİİD qurumunun 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman din xadimi - Şeyxülislam A. Paşazadənin qatılacağı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən, mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələr nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 562