Kolleclərin ixtisas seçiminə hansı abituriyentlər buraxılır? - Açıqlandı


20:27     03 İyul 2018 TELEBELER.jpg

On bir illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər buraxılırlar.

Bu barədə Femida.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) az olmayan abituriyentlər buraxılırlar. İxtisas seçimi avqustun 16-dan 20-dək aparılacaq.

9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 40-dan, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. İxtisas seçimi iyulun 25-dən avqustun 6-dək aparılacaq.

Femida.az

Açar sözlər: #DİM   #abituriyent   #imtahan   #kollec  

Oxunub: 777