AZAL-dan gecikmələrlə bağlı AÇIQLAMA


19:13     03 İyul 2018 4K-AZ86-AZAL-Azerbaijan-Airlines-Airbus-A340-500_PlanespottersNet_390592.jpg


Azərbaycanda elektrik enerjisi təchizatı ilə bağlı yaranan problem Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə mənfi təsir etməyib.

Bunu Femida.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, aeroportda generatorlar vasitəsilə uçuşlar təmin edilib:

“İşıq keçən kimi dərhal generatorlar qoşulub. Hava limanı ştat rejimdə işləyib”.

Qeyd edək ki, “Flightradar24” AZAL-a məxsus Bakı-Naxçıvan və Bakı-Berlin, “Türk Hava Yolları”na məxsus Bakı-İstanbul, aviareyslərində gecikmələr qeydə alınıb.

Femida.az

Açar sözlər: #azal   #hava  

Oxunub: 673