55 dərəcəyə hesablanan İES 45 dərəcəyə niyə dözmədi? - Ekspert RƏYİ


19:25     03 İyul 2018 18_07_03_1530615948.jpg


Mingəçevirdəki "Azərbaycan” İES 50-55 dərəcə istiyə hesablanıb, 40-45 dərəcə temperatur bu miqyasda qəzaya səbəb ola bilməz.

Femida.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekspert Telman Zeynalov deyib.

Onun fikrincə, hadisə müvafiq qurumların öz xidməti vəzifələrinin icrasına səhlənkar münasibəti səbəbindən baş verib.

"Nəzarətsizlikdən əsl fəlakət baş verə bilərdi. Azərbaycan prezidenti yanında ictimai struktur yaradılmalıdır. Prezident bu və ya digər qanunu qoyur, ictimai struktur isə həmin qanunun icrasına nəzarət edir.

Bəzi məmurlar prezidentin bu tapşırığını yerinə yetirmirlər. Onlar məhkəmə qarşısına çıxarılmalı və sərt qaydada cəzalandırılmalıdır. Misal üçün, dövlət əmlakının mənimsənilməsində ittiham olunanlar ömürlük həbs edilsin”, - ekspert bildirib.

O qeyd edib ki, bir neçə ay əvvəl Oxu.Az-a açıqlamasında 45 dərəcə istinin olacağı ilə bağlı proqnoz vermişdi.

"Həmin vaxt soyuducu sistemlərlə bağlı düşünmək və İES-ə texniki baxış keçirmək lazım idi”, - Zeylanov əlavə edib.

Femida.az

Açar sözlər: #Mingəçevir   #qəza   #elektrik  

Oxunub: 1152