Manat ucuzlaşdı - Rəsmi


14:42     01 Oktyabr 2015 284765_42013.jpg

Bu gün sentyabrın 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.


Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0005 manat və ya 0,05% artaraq 1,0485 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0107 manat və ya 0,91% azalaraq 1,1688 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,26% bahalaşaraq 0,0161 manata yüksəlib.

Açar sözlər:

Oxunub: 1032