Günəş tutulacaq


21:56     03 İyul 2018 publika.az1396553738gunesli_hava_00.jpg

İyulun 13-də Günəş tutulması (qismən tutulma) baş verəcək.

Femida.az xəbər verir ki, bu barədə Oxu.Az-a AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Baş verəcək Günəş tutulması Antarktidanın şimalını, Sakit və Hind okeanları qovşağını əhatə edəcək.

Günəş tutulması Bakı vaxtı ilə saat 05:48-dən 08:13-dək davam edəcək. Günəş tutulmasını Azərbaycandan izləmək mümkün olmayacaq.

Qeyd edək ki, 2018-ci ildə ilk Günəş tutulması (qismən tutulma) 15 fevralda baş verib. İkinci tutulma iyulun 13-də, üçüncü tutulma isə 11 avqustda baş verəcək.

Bakı vaxtı ilə 12:02-dən 15:30-dək baş verəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 530