Məşhur jurnalist döyüldü


15:28     01 Oktyabr 2015 jurn.jpg

Türkiyənin tanınmış jurnalistlərindən olan Ahmet Hakan fiziki təzyiqə məruz qalıb.


Femida.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə, 4 nəfər “Hürriyet” qəzetinin yazarı Ahmet Hakana yaşadığı evin qarşısında hücum edib. Hadisə bu gecə yerli vaxtla saat 00.35 radələrində jurnalistin “CNNTürk” kanalında yayımlanan verilişindən çıxıb evinə gedərkən baş verib. Nəticədə yazar ağır xəsarət alıb, bədəninin bir neçə yerində sümüyü qırılıb. Dərhal xəstəxanaya çatdırılan jurnalistin həyatına təhlükə yoxdur. O, evə buraxılıb, müalicəsini evində davam etdirəcək./apa/

Artıq hadisəylə bağlı 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Açar sözlər:

Oxunub: 1291