Bugün Zəhranın ildönümüdür – Foto


19:13     04 İyul 2018 2018/07/zehra-quliyeva-696x464_1530702884.jpg

Bugün balca Zəhranın ildönümüdür.


Femida.az xəbər verir ki, bu gün düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının ildönümüdür.

4 iyul 2017-ci il tarixində Füzuli rayonunun Alxanlı kəndi erməni silahlı qüvvələri tərəfindən minaaatanlardan və dəzgahlı qumbaratanlardan atəşə tutulub. Mənfur düşmənin atəşkəsi pozması nəticəsində Alxanlı kənd sakinləri – 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva həlak olub.

Qeyd edək ki, 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümünə səbəb olmuş mərmi parçası Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib. Mərmini Muzeyə Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı tarixçi, Qarabağ Ekspert Şurasının üzvü Nazim Tapdıqoğlu (Vəlişov) təqdim edib. Nənə və nəvənin həyatına son qoyan mərmi parçası Muzeyin guşəsində Azərbaycan tarixinin qanlı səhifələrinin sübutu olaraq yer alacaq.

Açar sözlər:

Oxunub: 3381