Nəqliyyat nə vaxta kimi pulsuz olacaq?- Agentlikdən açıqlama


19:53     04 İyul 2018 Q1a8aGjhUOz0Y8Myeni-avtobuslar.jpg

“İyulun 3-ü saat 19:00 radələrindən etibarən “BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir”.



Bakı Nəqliyyat Agentliyindən (BNA)Femida.az-a verilənxəbrə görə, BNA-nın tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.

“Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək. Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması vəziyyətinə dair əlavə məlumat veriləcək,” – deyə məlumatda qeyd olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1670