80 min manatlıq dələduzluqda təqsirləndirilən qadına bəraət verilib


20:44     04 İyul 2018 qadin%20hebs%20edildi%20metanet5.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 80 min manatlıq dələduzluqda təqsirləndirilən Dürdanə Əhmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, D.Əhmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sona təqsirləndirilən şəxsin vəkili Ülkər Yusifova müdafiə çıxışı edib. O, müvəkkilinin barəsində verilən ittihamların heç bir əsasının olmadığını və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə D.Əhmədova barəsində bəraət hökmü çıxarıb. Lakin qadın başqa cinayət işi üzrə həbsdə olduğundan məhkəmədən azadlığa buraxılmayıb.

İttiham aktına əsasən, D.Əhmədova öz yaşayış evini Ramin Məmmədova 80 min manata satıb. Lakin o, pulu aldıqdan sonra həmin evi başqa şəxsə də satıb.

Zərərçəkmişin şikayəti əsasında D.Əhmədova barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurma ilə dələduzluq) maddəsi ilə ittiham irləli sürülüb.

Xatırladaq ki, D.Əhmədova başqa bir dələduzluq cinayətində təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 546