Ermənilər Cocuq Mərcanlıya gedən rus deputata hücum etdi - VİDEO
20:58 04 İyul 2018
Rusiyalı deputat Dmitri Savelyev işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər etməsi və Dağlıq Qarabağı Azərbaycana qaytarmaq çağırışına görə ermənilər tərəfindən hücumlara məruz qalıb. Femida.az Sputnik-ə istinadən xəbər verir ki, insident "Rossiya 1" telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunda baş verib.
Belə ki, tok-şouda çıxış edən erməni ekspert Semyon Baqdasarov Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskiyə müraciət edərək onu deputatı Dmitri Savelyevi məhv etməyə çağırıb.
"Bu necə ola bilər axı? Sizin deputatınız münaqişə zonasına gedir və ağlına gələni danışır. Məhv edin onu, qovun onu. O xaindir, Rusiya Federasiyasının düşmənidir" — deyə erməni ekspert Vladimir Jirinovskiyə müraciət edərkən bildirib.
LDPR lideri isə sadəcə "razıyam, razıyam, razıyam" deyə təkrarlayıb.
Verilişin müəllifi Vladimir Solovyov erməni ekspertə dəstək nümayiş etdirib.
Daha sonra Savelyev ona qarşı deyilən sözlərə reaksiya verib. O, Baqdasarovun fikirlərini sayıqlama adlandırıb: "Mən bu cəfəngiyatı şərh etməyi lazımlı bilmirəm".
Femida.az
Oxunub: 1707
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib