Kabinetində öldürülən Gəncənin icra başçısı kim olub?- Bir qətlin tarixçəsi


21:15     04 İyul 2018 18_07_04_1530710232.jpg

Gəncənin icra başçısı Elmar Vəliyevin silahlı hücuma məruz qalması ölkə gündəmini zəbt edib.Rəsmi məlumata görə,2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.



Femida.az xəbər verir ki,Elmar Vəliyev Gəncədə gülələnən ilk icra başçısı deyil. 1993 -cü ildə Gəncənin icra başçısı olan Hacı Vaqif öz xidməti kabinetində qətlə yetirilib.

Belə ki, Gəncədə kriminal avtoritet kimi tanınan “Zobik” başçının kabinetinə daxil olub və Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də bildirib ki, heç kimə özbaşına vəzifə verə bilməz. “Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurub. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb “Zobik”in düz alnından güllə ilə atır. Orada olan “Zobik”in cangüdəni avtomatla yanında olan adamların hamısına atəş açır. Hətta güllə qapını dəlib Hacı Vaqifin mühafizəçisinin baldırına dəymişdi. Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər.

Həmin vaxt icra başçısının birinci müavini olan 1998-ci ildə prezidentliyə namizəd olmuş Azərbaycan Kommunist Partiyasının keçmiş sədri Firidun Həsənov müsahibəsində baş verənləri belə xatırlayıb:

Mənim kabinetim Hacı Vaqifin kabineti ilə üz-üzə idi, aralarında haradasa on metr məsafə olardı. Eldar getdi və qayıdıb mənə dedi ki, “Moskva” Nəsrəddin ləqəbli müəssisə rəhbəri və Ağstafa rayonunun icra başçısı Allahverdiyev Hacı Vaqifin yanındadır.

Eldar dedi ki, Hacı Vaqifin yanına gedir və işi bitən kimi mənə xəbər göndərəcək. Eldar gedib Hacı Vaqifin yanında oturur. “Moskva” Nəsrəddin və Allahverdiyev Hacı Vaqiflə görüşdən sonra yanıma gəldilər. Beş-on dəqiqə söhbətdən sonra onlar getdilər. Bundan sonra mən Eldarın məsələsini həll etmək üçün Hacı Vaqifin yanına getmək istəyirdim ki, yanıma bir qaçqın gəldi və məndən problemini həll etmək üçün kömək istədi. Şöbələrə həmin adama kömək göstərmələrini tapşırdım. Yenə Hacı Vaqifin yanına getmək istəyirdim, köməkçim gəlib söylədi ki, bankla bağlı hansısa sənədə imzamı qoymalıyam. Bu vaxt televiziyada Milli Məclisin iclası gedirdi, saat haradasa, axşam 6-nın yarısı idi. Milli Məclisin iclasına baxanda hiss etdim ki, nəsə partladı. Köməkçimə dedim ki, tez baxıb görsün nə məsələdir. Bu çıxdı, yarım dəqiqə keçməmiş qayıdıb bildirdi ki, Hacı Vaqifi öldürüblər. Həmin vaxt bizə xidməti tapança verirdilər. Mən də onu həmişə üstümdə saxlayardım, amma bu dəfə tərslikdən seyfdə idi. Çölə çıxanda gördüm ki, əli avtomatlı, hərbi formalı bir adam söyə-söyə gedir. Əlimi belimə atdım, amma yadıma düşdü ki, tapança seyfdədir. Tapança üstümdə olsa idi, ona atəş açacaqdım. Otağa gəlib, seyfi açıb tapançanı götürdüm. Zal hissədən onun qarşısına çıxmaq istədim, amma gördüm ki, artıq yoxdur.

Hacı Vaqifin otağına gəlib gördüm ki, Surət Hüseynovun yaxın adamlarından olan “Zobik”in başına güllə vurulub və o xalçanın üstünə uzanıb. Gördüm ki, Eldar da qardaşının qucağında can verir və qarnı güllə ilə deşik-deşik edilib. Həmin vaxtı qardaşı da yaxınlıqda imiş.

Hacı Vaqifə yaxınlaşdım, əlimi vurub yoxladım, gördüm ki, bədəni hələ istidir, ölməyib. Təcili tibbi yardım gəlib Hacı Vaqifi xəstəxanaya apardı.

- “Zobik”in Hacı Vaqifin kabinetində nə işi var idi?

- Hadisə belə olub. Eldar Hacı Vaqifin yanında olanda “Zobik” də ora gəlib. Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də deyib ki, heç kimə özbaşına vəzifə verə bilməz. “Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurur. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb “Zobik”in düz alnından güllə ilə vurur. Orada olan “Zobik”in cangüdəni avtomatla yanında olan adamların hamısına atəş açır. Hətta güllə qapını dəlib Hacı Vaqifin mühafizəçisinin baldırına dəymişdi. Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər.

Hacı Vaqif xəstəxanaya aparılarkən mən də getdim. Gördüm ki, “Zobik”in tərəfdarları ilə dövlət adamları əllərində avtomat bir-birinə qarşı dayanıblar. Mən onların ortasından keçməli idim, lakin atəş açacaqları barədə xəbərdarlıq etdilər. Lakin heç kim atəş açmadı. İçəri keçəndə bildirdilər ki, Hacı Vaqif artıq ölüb. Dedilər ki, Hacı Vaqifin adamı olduğumdan “Zobik”in tərəfdarları məni öldürəcəklər. Ona görə də məni arxa qapıdan çıxardılar.

Bu hadisələrdən sonra məni istintaqa cəlb edən müstəntiq dedi ki, məsələ onluq deyil. Saat 12-də evə zəng etdim, dedilər ki, artıq həyətdə yasımı vermək üçün çadır qurublar. Elə biliblər ki, öldürülən müavin mənəm.

Bütün bunlardan sonra barəmdə cinayət işi açıldı. Müstəntiq şəxsən özü məni evimə apardı və səhər saat 6-da qapımız döyüldü. Qapını açıb gördüm ki, həmin müstəntiqdir. Mənə dedi ki, istintaqla bağlı bəzi sənədlərə dəyişiklik ediblər. Cavabım belə oldu: “Çox gözəl, baxa bilərəm hansı dəyişiklik olunub. Əgər məni Surət Hüseynov kimi birisi mühakimə edəcək və həbs edəcəksə, nə istəyirsinizsə yazın”. İstintaq zamanı sənədlər saxtalaşdırılırdı.

Sənədə baxmadan onu imzaladım...(Mənbə: Modern.az saytı)

Hazırladı: Miri Məcidli
Femida.az


Açar sözlər: #kriminal   #Gəncə   #İcra_başçısı   #Qətl  

Oxunub: 10750