Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırıldı

Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırıldı

22:05     04 İyul 2018 18_07_04_1530713178.jpg


Bu gündən Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Femida.az-a verilən məlumata görə, sərnişin axınının artması ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə Bakıdan saat 17-00 və 21-40-da, Sumqayıtdan isə saat 17-50-də və 20-30-da yola düşən elektrik qatarları təyin edilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.

04 iyul 2018-ci ildən etibarən

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli



Femida.az

Açar sözlər: #qatar   #Bakı   #Sumqayıt  

Oxunub: 252