Prezident Etibar Pirverdiyevi sərt tənqid etdi + TAM VİDEO


01:33     05 İyul 2018 2018/07/5F436A58-173D-4F93-88F9-60D84DF15330_1530726075.jpeg


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Femida.az-ın məlumatına görə, ölkə başçısı müşavirədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi Mingəçevir İES-də baş vermiş qəzaya görə sərt şəkildə tənqid edib.

"Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də isti hava olan ölkələr var. Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir. Siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız. İsti havada insanlara bu qədər əziyyət verdiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr... İqtisadiyyata nə qədər ziyan vurmusunuz", - prezident çıxışında deyib.

Dövlət başçısı baş nazirin müavini Yaqub Eyyubova məsələnin ciddi şəkildə araşdırılmasını, qəzanın səbəbləri barədə ona məruzə edilməsini tapşırıb.


Femida.az

Açar sözlər:   #İlham-Əliyev   #Prezident   #Müşavirə  

Oxunub: 3460